QUBADLININ TURİZM POTENSİALI

Kəlbəcər-Laçın iqtisadi rayonuna daxil olan Qubadlı qərbdə Ermənistanla sərhəd olmaqla dağlıq əraziyə malikdir. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir. Ən böyük kəndləri Xanlıq, Dondarlı, Dəmirçilər, Mahmudludur. Bu kəndlərin hər birində 200-250 təsərrüfat var. Rayon ərazisindən iki böyük dağ çayı - Həkəri və Bərgüşad keçir. Həm də kifayət qədər iqtisadi potensiala malik olan rayon mineral resurslar, faydalı qazıntılarla da məşhurdur. Qubadlıda təbii yataqların olması sənaye müəssdisələrinin yaradılmasına imkan verəcək.