QMİ –nin Quba,Qusar,Xaçmaz rayonları üzrə qaziliyinin təşkilatçılığı ilə “ Ulu öndər Heydər Əliyev və milli - mənəvi dəyərlərimiz” mövzusunda konfrans baş tutub. Əvəlcə Azərbaycan
Respublikasının dövlət himni səsləndirilib və Ulu öndər və vətən uğrunda şəhid olmuş qəhraman övladlarımızın xatirəsi 1 dəqiqəlik sükutla yad edilib, ruhlarına quran tilavət edilərək dualar oxunub. QMİ –nin təşkilatçılığı ilə hazırlanan Ulu Öndər və milli mənəvi dəyərlər adlı film nümaiş etdirilib.QMİ –nin Quba, Qusar, Xaçmaz rayonları üzrə qazisi Hacı Naib Səttarzadə Dahi Şəxsiyyətin bütün sahələrdə olduğu kimi dini sahədəki müstəsna xidmətlərinə diqqət çəkərək, milli-mənəvi, dini dəyərlərimizə qayıdış,dəyərlərin təbliği və inkişafında Ümummilli Lider Heydər Əliyevin rolundan, tolerant və multikultural ənənələrə verdiyi önəmdən bəhs edib.Tədbirdə çıxış edənlər bildiriblər ki, müstəqil Azərbaycanın memarı, Ümummilli Liderimiz Heydər Əliyevin Respublikamıza rəhbərlik etdiyi dövrlərdə milli-mənəvi dəyərlərə münasibət kökündən dəyişib, müqəddəs ibadət ocaqlarının təmiri və inşası geniş vüsət alıb. Sevindirici haldır ki, bu siyasət möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ulu Öndərin Azərbaycanda dövlət-din münasibətlərinin inkişafında, ictimai-siyasi, o cümlədən dini sabitliyin bərqərar olmasında müstəsna xidmətləri olub. Tədbirin sonunda müzakirələr aparılıb.