QUBADAKI TAM ORTA İNTERNAT MƏKTƏBİNDƏ GÖRÜŞ KEÇİRİLİB
Baxış sayı: 397
Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, YAP Quba rayon təşkilatının sədri, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri və Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Qubanın Zərdabi qəsəbəsində yerləşən Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün tam orta internat məktəbin şagirdlərini qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ziyarət ediblər. Rayon rəhbəri məktəbin şagirdlərini qarşıdan gələn 31 dekabr Azərbaycanlıların həmrəylik günü və yeni il münasibəti ilə təbrik edən Ziyəddin Əliyev bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-uşaq siyasətini, bu gün layiqincə həyata keçirən, dahi şəxsiyyətin ideyalarını yaşadan möhtərəm prezidentimiz cənab İlham Əliyev və Heydər Əliyev fondu, uşaqların xoşbəxt gələcəyi üçün bütün imkanlardan istiadə edir. Onları daim diqqət və qayğı ilə əhatə edirlər. Çıxışlardan sonra məktəbin şagird kollektivi ilə xatirə şəkilləri çəkdirilib. Sonda məktəbin şagirdlərinə bayram hədiyyələri paylanılıb.