QUBADA “ƏSRİN MÜQAVİLƏSİ”NƏ HƏSR OLUNAN TOPLANTI KEÇİRİLİB

Quba rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi” tarixi Zəfərimizə gedən yolun başlanğıcıdır” mövzusunda toplantı keçirilib. Toplantıda Quba

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələri və qazilər, təhsil və mədəniyyət işçiləri, gənclər və könüllülər, həmçinin rayon ictimaiyyəyinin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edənlər Azərbaycanda neft sahəsinin inkişafı, neft strategiyasının müəyyən edilməsi və “Əsrin müqaviləsi”nin bağlanmasında ümummilli lider Heydər Əliyevin göstərdiyi qətiyyət, şücaət və apardığı uzaqgörən siyasət barədə geniş bilgi verdilər. Vətən müharibəsində əldə olunmuş şanlı qələbəyə gedən yolun başlanğıcında “Əsrin müqaviləsi”nin mühüm əhəmiyyət kəsb etdiyini qeyd edən çıxışçılar ölkəmizin dünyada “neft ölkəsi” kimi tanınmasında ulu öndərin göstərdiyi misilsiz xidmətləri vurğulayaraq bu sahədə əldə olunan uğurların Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən layiqincə və məharətlə davam etdirildiyini diqqətə çatdırdılar.