İndi onlar sadə tətbiqlər, saytlar yığır, proqramlaşma dillərini anlaya bilirlər. Onlar sabahın alimləri, gələcəyin qurucu gəncləridir.
İndi Quba FRİTL-də təhsilin gənc nəsildə formalaşdırmalı olduğu bacarıqlardan birinin də informasiya savadlığı olduğunu nəzərə alınaraq nəinki lisey şagirdləri, eləcə də Qubanın digər məktəblərinin şagirləri üçün “Koderlər marafonu” layihəsi çərçivəsində təlimlər keçirilir.
Təlimlərin məqsədi Quba məktəblərində əvvəllər müxtəlif məzmunlu müsabiqələrdə iştirak etmiş, həmçinin, yüksək nəticə göstərmiş 8-ci və 9-cu sinifdə təhsil alan şagirdlərə peşəkar proqramçı- təlimçilər tərəfindən Arduino, Pythonun əsaslarını öyrətməklə onlarda alqoritm qurma, diqqətlilik, kodlaşdırma, müxtəlif məzmunlu yerli və beynəlxalq müsabiqə və “Startup”larda iştirak üçün zəruri bacarıqlar, müstəqil öyrənmə, layihə hazırlama, internet resursları, müxtəlif tətbiq və proqramlardan istifadə bacarığı formalaşdırmaqdır.