QUBADA “HEYDƏR ƏLİYEV İLİ” ÇƏRÇİVƏSINDƏ KONFRANS KEÇİRİLİB

Quba Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba

filialının birgə təşkilatçılığı ilə ADPU-nun Quba filialının akt zalında “Heydər Əliyev İli” çərçivəsində “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda elmi-praktik konfrans keçirilmişdir. Konfransiştirakçıları öncə Qubaşəhərində Ulu ÖndərHeydər Əliyevinadını daşıdığıparkda ÜmummilliLiderinabidəsiziyarətetmişdir. AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru, fəlsəfə elmləri doktoru, professor İlham Məmmədzadənin moderatorluğu ilə baş tutan konfrans AzərbaycanRespublikasınınDövlətHimnininsəsləndirilməsi və ulu öndərHeydər Əliyevin və şəhidlərimizin xatirəsinin 1 dəqiqəlik sükutla yadedilməsiilə öz işinə başlayıb. ÇıxışedənləruluöndərHeydərƏliyevinhəyatvəfaəliyyətihaqqındaönəmliştrixlərətoxunaraqAzərbaycanda “HeydərƏliyevİli” çərçivəsində belə konfransların keçirilməsinin gənc nəslin təlim-tərbiyəsi işində və ideoloji proseslərin təşviqi baxımından əhəmiyyətli oluduğunu bildirdilər. Sonra Konfransın proqramına uyğun olaraq məruzələr dinlənildi.Konfransda Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunun alimləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon Ağsaqqallar Şurasının sədri, Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri, şəhid ailələri, qazilər, rayonun bir sıra idarə, müəssisə və təşkilatlarının rəhbərləri, həmçinin ADPU-nun Quba filialının pedaqoji və tələbə heyəti iştirak etmişdir. Məruzələrdən sonra tələbə və müəllimlərin sualları cavablandırıldı. Sonda xatirə şəkilləri çəkdirldi.