QUBADA “BİR AĞAC, MİN NƏFƏS” DEVİZİ ALTINDA AĞACƏKMƏ AKSİYASI KEÇİRİLDİ
Baxış sayı: 22
Quba Rayon İcra Hakimiyyətinin və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksinin ərazisində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Bir ağac, min nəfəs” devizi altında ağacəkmə aksiyası keçirilib.
Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Qumru Məmmədova, həmçinin Rayon İcra Hakimiyyətinin və Regional Gənclər və İdman İdarəsinin məsul şəxsləri, Quba İdman, İstirahət, Təlim və Tədris Kompleksinin kollektivi, tələbələr və gənclər iştirak edib.
Tədbir çərçivəsində ərazidə müxtəlif növ ağac tingləri əkilib, onların qulluq qaydaları barədə iştirakçılara bilgi verilib. Aksiya çərçivəsində əkilən ağacların gələcəkdə ətraf mühitin sağlamlaşdırılmasına mühüm töhfə verəcəyi vurğulan;b, bu cür təşəbbüslərin davamlı xarakter daşımasının əhəmiyyəti qeyd olunub. Qeyd edək ki, aksiyanın keçirilməsində məqsəd ətraf mühitin mühafizəsinə töhfə vermək, yaşıllıqların artırılmasına dəstək olmaq və gənclər arasında ekoloji məsuliyyət hissini gücləndirməkdir.
