QUBADA ƏNƏNƏVİ TÜRK OXÇULUĞU KURSLARI

Azərbaycanda ilk dəfə Qubada gələnəksəl türk oxçuluğu kursları açılır. Kursların açılmasında məqsəd babalarımızdan bizə miras qalan qədim oxçuluq ənənələrinin yaşadılması, yeniyetmə və gənclərin asudə vaxtıarının səmərəli və sağlıqlı keçirmələridir. “Çölçü oxçuluq” kursları adlanan bu oxçuluq kurslarında yeniyetmə və gənclər babalarımızdan bizə miras qalan qədim oxçuluq ənənələri ilə tanış olacaq, bu ənənənin yaşadılımasında və dirçəldilməsində yaxından iştirak edəcəklər. Bundan başqa oxçuluğun insan sağlığı üçün də faydaları çoxdur. Bəs bir zamanlar döyüş sənəti, günümüzdə isə artıq bir idman növünə dönüşən oxçuluğun hansı faydaları var? Pediatr İftixar Məhərrəmovun sözlərinə əsasən oxçuluq idmanı qol-ayaq və bütün digər bədən əzələlərini möhkəmləndirir, ən önəmlisi isə düzgün nəfəsalma vərdişi yaradır.Mütəxəssislərin fikrincə oxçuluq idman növü insanın fiziki sağlığı üçün faydalı olduğu qədər də onun psixoloji durumuna da yaxşı təsir edir. Beləki oxçuluq yeniyetmə və gənclərdə diqqət dağınıqlığını aradan qaldırır, özgüvəni artırır.Xatırladaq ki, günümüzdə müxtəlif xəstəliklərdən qorunmaq üçün orqanizm güclüəndirilmiş immun sisteminə gərək duyur. Oxçuluq idman növü immun sistemi gücləndirir. Doğal olaraq isə gücləndirilmiş immun sistemi olan insanlar çətin xəstələnir, tez sağalır və hər bir şəraitə dayanıqlıdırlar. Bundan başqa bir uşaqlar və yeniyetmələr oxatma zamanı hədəfi vura bilmədikdə növbəti atışları üçün düzgün atış etməyə çalışırlar. Bu vaxt o, özü ilə rəqibdir və daha yaxşı olmaq üçün özü ilə yarışır. Beləliklə isə özü ilə döyüşüb qalib gələn oxatan həmişə uğur qazanır.