QUBADA ŞƏHİDLƏRİN ORDEN VƏ MEDALLARI ONLARIN AİLƏ ÜZVLƏRİNƏ VERİLDİ

Qubada Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla yerinə yetirərkən şəhidlik zirvəsinə yüksəlmiş hərbi qulluqçuların ailələrinə orden və medallar təqdim edilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Quba Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və şəhid ailələri iştirak ediblər.