QUBADA ŞƏHİDİN ADINI DAŞIYAN KÜÇƏNİN ASFALTLANMASI TAMAMLANIR

Qubada Vətən müharibəsi şəhidi Tamerlan Əliyevin adı verilən küçənin asfaltlanmasının tamamlama işləri həyata keçirilir. Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Vətən Müharibəsi şəhidinin adını daşıyan küçənin asfaltlanması ilə əlaqədar işlərin gedişatı ilə yerində tanış olmuş, aidiyyəti şəxslərə lazımi tapşırıq və tövsiyələrini vermişdir. Rayon İcra Hakimiyyətinin başçısı həmin küçədə yaşayan digər sakinlərlə də görüşüb. Sakinlər aparılan abadlıq işlərinə görə ölkə başçısına və Rayon rəhbərinə minnətdarlıqlarını bildiriblər. Sonra rayon rəhbəri Şəhidin doğulub boya-başa çatdığı evə gəlmiş, şəhid anası ilə söhbət edərək, ailənin problem və ehtiyacları ilə maraqlanmışdır. Sonda Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz torpaqlarımızı qanları, canları bahasına azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.