QUBADA ŞƏHİDİN ADI ƏBƏDİLƏŞDİRİLDİ
Baxış sayı: 533
Vətən müharibəsi şəhidi Cabbarov Orxan Hətəm oğlunun ad günündə, doğulub boya – başa çatdığı Qubanın Davudoba kəndində inşa edilən bulağın açılışı olub. Açılış tədbirində Quba Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid valideynləri, qazilər, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda qəhrəmancasına savaşaraq şəhid olan vətən oğullarının xatirəsi anıldıqdan sonra söz tədbir iştirakçılarına verilib.Mərasimdə çıxış edənlər 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı tarixi Qələbədən söz açıblar. Bildirilib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman hərbçilərimiz qanları, canları bahasına torpaqlarımızı azad ediblər. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq. Vətənə Müharibəsində qəhrəmancasına vuruşan yurdun qorxmaz oğullarının böyük bir uğura imza atdığını deyən Quba rayon İcra Hakimiyyətinin başçısısının birinci müavini Taryel İbrahimov vurğuladı ki, şəhidlərimiz şəhadətə ucalmaqla əbədi ölməzlik qazanıblar. Tədbirdə Prezident İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamı ilə gizir Orxan Cəbrayılovun təltif olunduğu “Füzulinin azad olunmasına görə medalı” şəhidin valideyinlərinə təqdim edildi. Sonra məktəblilər şəhidlərimizə həsr edilmiş şerlər səsləndirdilər.Tədbirin sonunda bulağın açılışının rəsmi lenti kəsilib.