QUBADA ŞƏHİD ÖVLADLARI VƏ SEREBRAL İFLİCİ OLAN UŞAQLAR ÜÇÜN YENİ İL ŞƏNLİYİ KEÇİRİLİB

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində "Vətən naminə" Şəhid ailələrinə dəstək İctimai birliyi və "Viqas" Psixoloji və Nitq İnkişaf Mərkəzinin təşkilatçılığı ilə şəhid övladları və psixoloji, eşitmə və nitq qüsurlu uşaqlar üçün bayram şənliyi təşkil olunub. Şənlik Vətənimiz bütövlüyü uğrunda şəhid olan qəhrəmanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayıb. Şənlikdə Quba Rayon İcra Hakimiyyətinin başçısının müavini Səidə Abbasova, RİH –nin məsul şəxsləri, şəhid övladları və ailələri, "Viqas" Psixoloji və Nitq İnkişaf Mərkəzinin əməkdaşları iştirak edib.Çıxış edənlər 44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından söz açılıb, şəhid və qazi ailələrinin hər zaman diqqət mərkəzində saxlanıldığı, onların problemlərinin həlli istiqamətində mühüm addımlar atıldığı bildirilib.Daha sonra Yeni il bayramın ənənəvi personajları - Şaxta baba, Qar qız, kloun və müxtəlif cizgi filmlərinin personajları şənliyə qatılaraq uşaqları təbrik edib, balacalara bayram hədiyyələri paylayıb və onlarla birgə rəqs edərək tədbirə əlavə rəng qatıblar. Qeyd edək ki, tədbirin keçirilməsində məqsəd Yeni il şənliyini uşaqlar üçün unudulmaz və yaddaqalan günlərdən birinə çevirmək idi.