QUBADA ŞƏHİD VƏ QAZİ ÖVLADLARI ÜÇÜN BAYRAM ŞƏNLİYİ KEÇİRİLDİ

Quba rayon İcra hakimiyyətinin və “Vətən naminə” şəhid ailələrinə dəstək ictimayi birliyinin birgə təşkilatçılığı ilə şəhid və qazi övladları üçün Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il bayramları münasibətilə tədbir keçirilib. Bayram tədbirində Quba rayon İcra hakimiyyətinin rəsmiləri, hüquq mühafizə orqanı əməkdaşları, şəhidlərin valideynləri və övladları iştirak edib. Tədbir dövlət himninin səsləndirilməsi ilə açıq elan olunub. Tədbirdə qonaqları salamlayan Quba rayon İcra hakimiyyətinin başçısı Ziyəddin Əliyev öz çıxışında vurğuladı ki, torpaqlarımızın azadlığı uğrunda öz canlarından keçmiş qəhrəıman vətən oğullarının övladları bilsinlər ki, onlar bizə əmanətdilər. Bildirildi ki, bu balaca fidanlar əmin olsunlar ki, onların ataları heç vaxt unudulmayacaq və onların adları hər yerdə hər zaman fəxrlə çəkiləcək.