QUBADA ŞƏHİD SƏBUHİ ƏLİYEVİN XATİRƏSİ ANILDI

Antiteror Əməliyyatı zamanı Şəhidlik zirvəsinə ucalan Səbuhi Əliyev 2023- ci il 19-20 Sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağda həyata keçirilən uğurlu lokal antiterror əməliyyatında şəhadətə ucalan qəhrəman hərbicilərimizdən biri də Səbuhi Tahir oğlu Əliyevdir. Qəhrəman şəhidimiz , 1993 - ci ildə Quba Rayonun Zərdabi Qəsəbəsində anadan olub. Quba rayon Bayram Şıxəmirov adına tam orta məktəbində təhsil alıbdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin olunmasında yüksək peşəkarlıq, şücaət və mərdlik göstərmiş, öz xidməti vəzifələrini və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqlənmiş Azərbaycan Respublikası Daxili Qoşunlarının hərbi qulluqçusu Səbuhi Əliyev, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamına əsasən “Fizulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. Şəhidimizin doğulub boya-başa çatdığı Zərdabi qəsəbəsində şəhadətə ucalmasının 1 ili münasibəti ilə anım tədbiri keçirilib. Tədbirdə şəhidimizin doğmaları, yaxınları , İcra Hakimiyyətinin məsul şəxsləri, Şəhid ailələrinə qayğı cəmiyyətinin Quba rayon şöbəsinin üzvləri, şəhid valideynləri , qazilər və rayon ictimaiyyəti iştirak edib. Qeyd edək ki, şəhidimiz Səbuhi Əliyev ölümündən sora Vətən uğrunda medalı və 3 - cü dərəcəli Vətənə xidmət ordeni ilə təltif olunub.