QUBADA ŞƏHİD NURAN MİRZƏYEVİN XATİRƏSİ YAD EDİLİB
Baxış sayı: 657
21 oktyabr 2021-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyev, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri və rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri rayonun Qımıl kəndində Vətən Müharibəsi şəhidi Mirzəyev Nuran Akif oğlunun il mərasimində iştirak etmişlər. Quba Rayon İcra Hakimiyyətinin icra başçısı Ziyəddin Əliyev 22 yaşlı Nuran Mirzəyevin 2020-ci il oktyabrın 19-da Qubadlıda şəhidlik zirvəsinə ucalmasından danışıb. Bildirib ki, Nuran hərbi xidmətdən sonra könüllü olaraq səfərbərlik xəttilə cəbhəyə gedib. Füzuli,Cəbrayıl və Qubadlı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib.