QUBADA ŞƏHİD AİLƏLƏRİNƏ QURBAN PAYLARI VERİLDİ

Bayramlar paylaşmaqdır, bayramlar birlikdir. Birlik və paylaşmaq gələnəyini özündə yaşadan Qurban bayramı bütün dünya müsəlmanlarının qeyd etdiyi böyük bayramdır.

Azərbaycanda da bu bayram dövlət səviyyəsində qeyd olunur. Hər il Qurban bayramı münasibətilə Respublikanın hər yerində müxtəlif xeyriyyə tədbirləri təşkil olunur. Belə tədbirlərdən biri də bu gün Qafqaz Tv-nin təşkilatçılığı ilə baş tutub. Qafqaz televiziyasının təşkilatçılığı və Avropa Türk Konfederasiyasının dəstəyi ilə Qubada yaşayan Qarabağ Müharibəsi veteranlarına və şəhid ailələrinə Qurban Bayramı münasibətilə qurban payları verilib. Avropa Türk Konfederasiyasının dəstəyi ilə keçirlən tədbir Qubada artıq bir gələnək halını alıb. Qeyd edək ki,ötən il də Qafqaz TV-nin təşkilatçılığı ilə Avropa Türk Konfederasiyası Qubada şəhid ailələrinə Qurban bayramı sovqatı paylamışdı. Onu da qeyd edək ki, Konfederasiya avqustun 13-də Qubada yaşayan Ahıska türklərinə də Qurban bayramı sovqatları paylayacaq.

 {youtube}mv0XfpgDzR8{/youtube}