QUBADA ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB
Baxış sayı: 422
Quba rayonunda “Şəhid ailələrinin ikinci maarifləndirici tur aksiyası”keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə 50 nəfər şəhid ailəsinin Quba rayonuna “Şəhid ailələrinin ikinci maarifləndirici tur aksiyası” çərçivəsində Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab Ziyəddin Əliyevlə görüşü təşkil edilmişdir. Görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİHB aparatının məsul şəxsləri, şəhid ailələri, bir sıra ictimai təşkilatların sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişdir.
Şəhid ailələri onlara göstərilən dövlət qayğısına görə ölkə başçısına dərin minnətdarlıqlarını bildirib, qonaqpərvərliyə və isti münasibətə görə rayon rəhbərinə dərin təşəkkürlərini ifadə ediblər.