QUBADA ŞƏHİD AİLƏLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLİB

1 noyabr 2022-ci il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Rayon İcra Hakimiyyətinin akt zalında Zəfər Günü münasibətilə şəhid ailələri ilə görüş keçirib. Görüşdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Vahid Əhmədov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, RİHB aparatının digər məsul şəxsləri, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, RİH başçısının İnzibati Ərazi Dairələri üzrə nümayəndələri və bələdiyyə sədrləri iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev şəhid ailələri tərəfindən qaldırılan məsələlərin qısa vaxt ərzində həlli məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlar vermişdir. Ziyəddin Əliyev görüşə yekun vuraraq bir daha hər kəsi qarşıdan gələn Zəfər Günü münasibətilə təbrik etmiş, şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına bundan sonra da diqqət və qayğı göstəriləcəyini bildirmişdir. Sonra görüş iştirakçıları Quba rayon Şəhidlər Xiyabanını ziyarət etmiş, ölkəmizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıblar. Şəhidlərin ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.