QUBADA ŞƏHİD ADLARINI DAŞIYAN KÜÇƏLƏR ASFALTLANIR

Bu ilin aprel ayından etibarən Quba şəhərində və rayonun bir sıra digər yaşayış

məntəqələrində yolların əsaslı təmiri, yenidən qurulması və asfaltlanması işlərinin növbəti mərhələsinə start verilib. 9 iyun 2023-cü il tarixdə Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev Vətən Müharibəsi şəhidləri Surxay Mehdiyev və Bəşir Abbasovun adlarını daşıyan küçələrdə aparılan yenidənqurma və asfaltlama işlərinin gedişi ilə tanış olmuş, aidiyyəti şəxslərə müvafiq tapşırıq və tövsiyələrini ver  mişdir.Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev şəhidlərimizin ailə üzvləri ilə də görüşərək onların qayğıları ilə maraqlanıb, Vətənin müdafiəsi üçün belə qəhrəman oğullar böyütdüklərinə görə şəhidlərimizin valideyinlərinə minnətdarlıq edib.Şəhid ailələri onlara göstərilən yüksək diqqətə və qayğıya, eləcə də şəhidlərimizin xatirəsinə olan böyük ehtirama görə ölkə rəhbərliyinə, həmçinin Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevə dərin təşəkkürlərini və minnətdarlıqlarını bildiriblər. Rayon rəhbəri şəhidlərin ailə üzvlərini maraqlandıran məsələlərin həlli məqsədilə aidiyyəti şəxslərə müvafiq tapşırıqlarını verib.

{youtube}Q0-bKoLOoOo{/youtube}