QUBADA ÜÇ MAŞIN TOQQUŞDU – XƏSARƏT ALAN VAR

Quba rayonunda üç avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.Qafqaz TV-nin verdiyi bilgiyə görə, hadisə saat 21:00 radələrində qeydə alınıb.

İlkin məlumata görə, “Mercedes” markalı avtomobil VAZ-2107 markalı avtomobilə, VAZ-2107 isə “Volvo” markalı yük avtomobilinə çırpılıb. Hadisə nəticəsində VAZ-2107 markalı avtomobilə ciddi ziyan dəyib. Qəza zamanı yalnız VAZ-2107 markalı avtomobilin sürücüsü yüngül xəsarət alıb. Digər nəqliyyat vasitələrinin sürücülərinin xəsarət alıb-almaması ilə bağlı məlumat verilməyib. Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Qəzanın başvermə səbəbləri və digər hallar araşdırılır. Faktla bağlı araşdırma aparılır.