QUBADA ÜMUMRAYON TOPLANTISI KEÇİRİLDİ

Qubada rayonun sosial-iqtisadi inkişafı, yol-infrastruktur, tikinti-quruculuq  sahələrində həyata keçirilən yerli və respublika əhəmiyyətli layihələrin icra vəziyyətinə həsr olunan ümumrayon toplantısında

görülən işlər aidiyyatı üzrə ətraflı təhlil olunub. Rayon icra hakimiyyətinin başçısı  Ziyəddin  Əliyev  Quba şəhərinin təsdiq olunmuş yeni baş planını ictimaiyyətə təqdim edib və bu memarlıq sənədinin xüsususi əhəmiyyətini qeyd edib.Rayonda  tikinti-quruculuq, abadlıq işlərinin Quba şəhərinin yeni baş planı əsasında aparılacağını  bildirən icra başçısı aidiyyatı qurumların səlahiyyətlilərinə  şəhərin daha müfəssəl planın,sahələr üzrə  esgiz-layihə sənədlərinin hazırlanmasını tapşırıb. Həmçinin vurğulanıb ki, tikintisi davam etdirilən Yeni Quba yaşayış massivi  mənzil fondunun artırılması ilə yanaşı  şəhərin giriş hissəsinə  xüsusi yaraşıq verəcək.İstismar müddəti başa çatmış çoxmənzilli binaların sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə 48 mənzilli yaşayış binasının tikintisisi davam etdirilir.Həmçinin rayonun Alekseyevka kəndində 960 şagird yerlik məktəb binasında son tamamlama işləri aparılır və yeni dərs ilində pedoqoji kollektivin istifadəsinə veriləcək.1-ci Nügədi kəndində isə 780 şagird yerlik yeni məktəb binasının tikintisinə başlanıb.

Çıxış edənlər xüsusi vurğulayıblar ki, uzunluğu 46 km olan və 66 yaşayış məntəqəsini birləşdirən Quba-Qonaqkənd və uzunliği 58,8 km olan və 8 yaşayış məntəqəsini birləşdirən Alpay-Susay-Xınalıq avtomobil yollarının tikintisi sürətlə davam etdirilir və bu yol-infrastruktur layihələri istismara verildikdən sonra nəinki Qubanın, şimal bölgəsi rayonlarının sosial-iqtisadi inkişafına, əhalinin yaşam vəziyyətinə müsbət töhfələrini verəcək.Asan Xidmətin yeni iş yerlərinin açılması istiqamətində sayca 2-ci layihəsi də Qubada reallaşdırılır və layihə çərçivəsində Tara müəssisəsinin yaxın gələcəkdə istifadəyə verilməsi nəzərdə tutulur.Eyni zamandabu yollar  ətraf kəndlərdə turizmin inkişafına təkan verəcək.15 iyun-Qurtuluş günü əsaslı təmirdən sonra istifadəyə verilən Vaqif prospekti qubalılara və rayonun qonaqlarına əsl bayram hədiyyəsi olub.Şəhərin  vaxtilə Qubernator adlandırılan  indiki 28 may parkında aparılan yenidənqirma və əsaslı təmir işləri də vətəndaşların ürəyincədir. 2 aydan sonra istifadəyə verilməsi nəzərdə tutulan bu istirahət parkında əhalinin asudə vaxtını səmərəli, istirahətlərini mənalı keçirmələri üçün hər cür şərait yaradılacaq. Qubanın ən görməli və gəşməli ünvanlarından olacaq bu parkda idmansevərlər üçün qapalı futbol meydançası da inşa olunacaq. bir sözlə, Qubanı əməksevər insanların zəhməti hər ötən gün daha da dəyişdirir, daha da gözəlləşdirir.