QUBADA ÖTƏN İLİN YEKUNLARI İLƏ BAĞLI YIĞINCAQ KEÇİRİLDİ
Baxış sayı: 27
Quba Rayon İcra Hakimiyyətində Quba rayonunda 2025-ci ildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrlə bağlı hesabat yığıncağı keçirilib. Yığıncaqda Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov, Azərbaycan Respublikası Milli Məclisinin deputatları Əlibala Məhərrəmzadə, Anatoliy Rafailov və Müşfiq Məmmədli, Rayon İcra Hakimiyyətinin məsul şəxsləri, Rayon İcra Hakimiyyətinin başçısı yanında şura üzvləri, rayonun hüquq-mühafizə orqanlarının, regional və digər idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nin inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak edib. Yığıncaqdan əvvəl Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin Quba şəhərindəki adını daşıyan mədəniyyət və istirahət parkındakı abidəsi ziyarət edildi, Ulu Öndərə ehtiram əlaməti olaraq abidə önünə gül dəstələri düzüldü. Yığıncağın rəsmi açılışı ilə əlaqədar Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra Quba rayonunda 2025-ci ildə görülmüş işlər və əldə edilmiş nailiyyətlərə həsr olunan film nümayiş olundu. Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov tərəfindən Quba rayonunda 2025-ci ildə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələr barədə hesabat məruzəsi yığıncaq iştirakçılarının diqqətinə çatdırıldı. Məruzə ətrafında Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Həsən Seyidov, Quba-Xaçmaz Regional Məşğulluq filialının müdiri Cəfər Cəfərov və Quba Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Laçın Səfərəliyev çıxışlar etdilər.
Sonra söz Milli Məclisinin deputatlarına verildi. Daha sonra Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 4-cü ərazi sektorunun müdiri Habil Əzənmədov çıxış etdi. Yığıncaq qərar layihəsi və Prezident İlham Əliyevə rayon ictimaiyyəti adından müraciətin oxunması ilə başa çatdı.
