QUBADA ZƏRƏRVERİCİLƏRƏ QARŞI MÜBARİZƏ TƏDBİRLƏRİ DAVAM ETDİRİLİR

Kənd təsərrüfatı məhsullarının qorunması üçün zərərvericilərə və xəstəliklərə qarşı mübarizə böyük əhəmiyyət daşıyır. Xüsusilə ölkə iqtisadiyyatı və ərzaq təhlükəsizliyi baxımından ciddi təhlükə yaradan bəzi orqanizmlər xüsusi təhlükəli və karantin zərərvericiləridir. Adıçəkilən bu zərərvericilər qısa müddətdə məhsul itkisinə, ixrac məhdudiyyətinə və böyük iqtisadi zərərlərə səbəb ola bilər. Xüsusilə təhlükəli olan zərərvericilər hal hazırda ölkə ərazisində mövcuddur. Bu zərərvericilər kütləvi şəkildə yayılaraq məhsul itkisinə səbəb olduğundan, onlara qarşı mütəmadi mübarizə aparılır. Quba rayon Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin əməkdaşları tərəfindən mütəmadi olaraq monitorinqlər aparılır, fermerlərin maarifləndirilməsi baxımından görüşlər və təlimlər keçirilir. Qeyd edək ki, vaxtında və düzgün aparılan aqrotexniki tədbirlər və kimyəvi mübarizələr, öz səmərəsini verir. Sadəcə mütəxəssislər tərəfindən tövsiyyə olunan qaydalara düzgün əməl olunmalıdır.