QUBADA ZƏFƏR GÜNÜ ILƏ ƏLAQƏDAR ŞƏHİDLƏR XİYABANI ZİYARƏT EDİLDİ

8 Noyabr - Zəfər Günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin başçısı, YAP Quba rayon təşkilatının sədri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH-nin məsul şəxsləri, rayonun idarə, müəssisə və təşkilatların kollektivləri, şəhid ailələri və qazilərin iştirakı ilə rayonun Şəhidlər Xiyabanı ziyarət olunub, məzarlar önünə gül dəstələri düzərək, əziz xatirələrinə öz ehtiramlarını bildiriblər. Şəhidlərin ruhuna dualar oxunub.Sonra rayon rəhbəri şəhid ailələri ilə görüşüb. Rayon İcra Hakimiyyətinin başçısı şəhid ailələrinin üzvlərini narahat edən məsələləri dinləyib və onların həlli ilə bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlar verib. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.