QUBADA ZİBİL POLİQONUNDA YANĞIN BAŞ VERİB
Baxış sayı: 42
Qubada məişət tullantılarının toplandığı poliqonda güclü yanğın baş verib. Yanğın şəhərin Dəvədabanı yaşayış massivində, 16 hektar ərazini əhatə edən paliqonun 3 hektara yaxın sahəsini əhatəyə alıb.Güclü külək alovun qısa zamanda genişlənməsinə yol açıb və yaxınlıqda yerləşən meşə massivinə keçmək təhlükəsi yaranıb.Əraziyə dərhal Fövqəladə Hallar Nazirliyinin Quba Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və canlı qüvvəsi ,həmçinin Quba rayon İcra hakimiyyətinin balansında olan texnnikalar, həmçininTəmuz Quba mənzil komunal təsərrüfat birliyinin texnikaları və canlı qüvvəsi cəlb olunub. Yanğının yaxınlığındakı meşə zolağına keçməsinin qarşısı alınıb. Qeyd edək ki, hal hazırda yanğının tam söndürülməsi istiqamətində işlər yekunlaşmaq üzrədir. Quba rayon İcra Hakimiyyətindən yanğının miqdarının və zərərinin araşdırıldığı bildirilib.