QUBADA YƏHUDİLƏRİN PESAX BAYRAMI QEYD OLUNUR

Azərbaycan dünyanın nadir müsəlman ölkəsidir ki, burada yəhudilərin milli və dini bayramları yerli camaatla birlikdə təntənəli şəkildə qeyd olunub.

Müxtəlif dini inanclara məxsus insanların yaşadığı ölkəmizdə heç vaxt dini zəmində münaqişə yaşanmayıb. Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına böyük töhfələr vermiş bu ənənə uğurla davam etdirilir.Bu fikirləri Pesax bayramı münasibətilə Qırmızı Qəsəbədə ahıl yaşlı dağ yəhudilərini təbrikə gələn Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev bildirib.İcra başçısı onu da vurğulayıb ki, Azərbaycan hökuməti milli azlıqlara və dini icmalara böyük diqqət və qayğı ilə yanaşır. Ölkəmizdə bütün dini konfessiyalar üçün bərabər şərait yaradılıb.Dağ yəhudiləri icmasının yaşlı nümayəndələrinə bayram hədiyyələri təqdim olunub.Koronavirus pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində ölkəmizdə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə əsasən bayramın bu il şadyanalıqsız keçirilməsinə baxmayaraq arzu və dualar əminamanlıq,mehribanlıq və sağlam yaşamdan yanaydı. Qeyd edək ki, bu il əhatəli qeyd olunmasa da, hər il Pesax bayramı günlərində Qırmızı qəsəbədə ayinlər icra olunur. Həmçinin dağ yəhudiləri səhər və axşam saatlarında sinaqoqa gedib ibadət edirlər. Tarixi mənbələrə görə, hələ 3 min 500 il əvvəl Misir fironunun zülmündən xilas olan yəhudilər 8 gün tanrıya dua ediblər. Sonralar yəhudilər baharın gəlişi ilə eyni vaxtda azadlığın əldə olunmasını milli bayram kimi qeyd etməyə başlayıblar.