QUBADA YAŞAYAN BALACA MEHRİBANIN RƏNGLİ DÜNYASINA SƏYAHƏT

Balaca Mehriban fırçalarla hələ 4-5yaşından böyük möcüzələr yaratmağı bacarır. Balaca istedadlı rəssam Rənglərin sehrli dünyasında fırçasını sanki sehrli çubuğa çevirib ağ kağızlarla xariqələr yaradır.

Bu bacarığını görən ailəsi əsasdə nənəsi , balaca rəssamın istedadını daha da mükəmməl nümayiş etdirə bilməsi üçün bütün bildiklərini onunla paylaşır..Nənəsi mehribanın haqqında ümidverici, gözəl söhbətlər edərək, onun rənglərə necə həssaslıqla yanaşması, forma, rəng seçimində mükəmməl bir bacarığa sahib olmasını xüsusi vurğulayır.Gələcəkdə onun sorağının beynəlxalq sərgilərdən qalibiyyət sevinci ilə gəlməsini arzu etmək istəyirdikki , o bizi yenidən təəccubləndirməyi bacardı, bu dəfə qəhrəmanımız hətta rəsm çəkə çəkə heç bir fikri yayılmadan gözəl intonasiyayla şer ifa etməyə başladı.Qarşımda bir ovuc rəsm var. Vərəqləri bir-bir çevirib baxırıq. Rəngli karandaşlarla çəkilmiş müxtəlif rəsmlər göz oxşayır. Tanınmış adamlar,Mənzərələr, ağaclar, güllər, Bu albom onundur – 9 yaşlı Mehribanın…Elə bilirsiz bu sondur,Piona da onun balaca dünyasının ayrılmaz parçasıdır.Maraqlısı odurki , o bu sahələri öyrənmək üçün nə təhsil alıb,nə də hər hansı məşğələlərə yazılıb.Və gitara ... Bu simli alətdə ifa edə bilmək üçün 50-yə yaxın müxtəlif akkorddan istifadə olunur.Mehriban bu alətində öhdəsindən lazımınca gəlir və onu dilləndirməyi yaxşı bacarırDüzdür ,Onun əsl inkişafı hələ irəlidədir. Hər bir halda Balaca qəhrəmanımın gələcəkdə hansı peşəni seçməsindən asılı olmayaraq işinin bilicisi olacağına heç şübhəmiz qalmır. İstedadlı uşaqları ruhlandırmaq isə hər birimizin borcudur.