Satışa çıxarılan məhsulların bazar qiymətindən aşağı olması alıcıların da ürəyincədir.Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ilə əlaqədar Qubada kənd təsərrüfatı məhsullarının satış yarmarkası təşkil olunub.
Quba rayon İcra hakimiyyətinin təşkilatçılığı ilə keçirilən yarmarkada məqsəd əhalinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan təlabatının daha dolğun ödənilməsi və istehlakçıların seçim imkanlarının artırılması,süni qiymət artımının qarşısının alınmasıdır.Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində təşkil olunan yarmarkada Quba rayonunda fəaliyyət göstərən istehsal müəssisələri, inzibati ərazi vahidlikləri üzrə nümayəndəliklər,yerli sahibkar və fermerlər iştirak edirlər.Qeyd edək ki,Quba rayon icra hakimiyyətinin məsul əməkdaşlarından ibarət işçi qrupları yarmarkaya təhkim olunmuş və onlar da satılan məhsulların keyfiyyətinə,istehlak üçün yararlı və təhlükəsiz olmasına,qiymətlərin tənzimlənməsinə nəzarət edirlər.Satışa çıxarılan bitki və heyvan mənşəli məhsulların fitosanitar və baytarlıq nəzarətindən keçirilməsi, müayinələrin vaxtında aparılması üçün yarmarkada səyyar yoxlamalar keçirilir.