QUBADA YAP-IN 33-CÜ İLDÖNÜMÜ QEYD OLUNDU
Baxış sayı: 5
“Konstitusiya və Suverenlik İli” çərçivəsində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 33-cü ildönümü ilə əlaqədar “Prezident İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası daha möhtəşəm zəfərlər qazanacaq” mövzusunda tədbir keçirilib. Tədbirdə Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov, YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Rayon İcra Hakimiyyətinin və YAP Quba rayon təşkilatının məsul şəxsləri, şəhid ailələri və qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, YAP Quba rayon təşkilatının fəalları iştirak edib. Tədbirdən əvvəl Ulu Öndər Heydər Əliyevin adını daşıdığı Mədəniyyət və İstirahət parkında Ümummilli Liderin abidəsi ziyarət olunub və abidə önünə gül dəstələri düzüblər. Ramiz Ramazanlının moderatorluğu ilə açıq elan edilən tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov və YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova mövzu ilə bağlı geniş məruzə ilə çıxış etdilər. Bildirildi ki, əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş və Ulu Öndərimizin “Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!” şüarı ilə fəaliyyətə başlamış Yeni Azərbaycan Partiyası artıq 33 ildir ki, ölkəmizin həyatında və əldə etdiyi nailiyyətlərdə nəhəng siyasi qüvvə kimi öz dəsti-xəttini nümayiş etdirməkdədir. Daha sonra çıxış edənlər vurğuladılar ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi altında son illərdə ölkəmiz əsrlərə bərabər tərəqqi yolu keçmiş, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında Şanlı Ordumuz otuz illik işğala son qoyaraq Zəfər əldə etmişdir. Bu gün işğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda sürətli bərpa, tikinti quruculuq işləri həyata keçirilir, Böyük Qayıdışa dair Birinci Dövlət Proqramı uğurla icra olunur. Tədbirdə Yeni Azərbaycan Partiyasının fəaliyyətindən bəhs edən film nümayiş olunduqdan sonra, Partiyaya yeni qəbul olunan üzvlərə vəsiqələr təqdim edildi. Daha sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirildi. Rayonun istedadlı və tanınmış müğənniləri öz ifaları ilə tədbir iştirakçılarına xoş əhval ruhiyyə bəxş ediblər. Tədbir Yeni Azərbaycan Partiyasının Himninin sədaları altında sona çatdı.
