QUBADA VƏTƏN MÜHARİBƏSİ QƏHRƏMANININ ANIM MƏRASİMİ KEÇİRİLİB
Baxış sayı: 442
Vətən müharibəsində qəhrəmancasına şəhid olan igid oğullarımızdan biri də Dövlət Sərhəd Xidməti Sərhəd Qoşunlarının baş giziri, Vətən müharibəsi şəhidi, Vətən müharibəsi qəhramanı Şahin Allahyarovdur. Bu gün Şahinin şəhid olmasından 2 il ötür. Mərasimdə Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli zabitləri, rayon icra hakimiyyətinin əməkdaşları, YAP rayon təşkilatının sədri, rayonun bütün hüquq – mühafizə orqanlarının və bütün idarə - müəssisə- təşkilatların rəhbərləri və kollektivləri , şəhidin döyüş yoldaşları, şəhid ailələri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidimizin və onun atasının Zizik kənd qəbiristanlığındakı məzarları ziyarət olunub, üzərinə əklil və tər qərənfillər düzülüb, ruhlarına dualar oxunub.
Tədbirdə iştirak edən şəhidlərin ailə üzvləri dövlətimiz tərəfindən Vətən uğrunda canından keçmiş qəhrəmanların xatirələrinin əbədiləşdirilməsi, ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər. Sonda Vətən müharibəsi qəhramanı Şahin Allahyarovun ötən həftə vəfat getmiş atası Hüseynbala Allayarovun cümə axşamı mərasimi, eləcə də Şahin Allahyarovun müqəddəs şəhidlik zirvəsinə ucalmasının ikinci ildönümü ilə əlaqədar ehsan süfrəsi təşkil olunmuşdur.
Şahin ölümsüzlüyü ilə tarix yazan Azərbaycanın igid oğullarındandır. Nə qədər ki, Azərbaycan dövləti və onun müdrik xalqı var, şəhadəti ilə Vətəni yaşadanlar və onların sırasında adı kimi özü də Şahin olub düşmənə qan udduran oğullarımız var olacaq.