QUBADA VİNQ ÇUN ÜZRƏ IV ÖLKƏ ÇEMPİONATI KEÇİRİLİB

Quba Olimpiya İdman Komleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Çin Döyüş Növləri Assosiasiyasının birgə təşkilatçılığı, Azərbaycan Vinq Çun Federasiyası rəhbərliyi və Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə İdman Paytaxtı çərçivəsində Vinq Çun üzrə IV ölkə çempionatı və birinciliyi keçirilib. Əvvəlcə qonaqlar Quba şəhərində yerləşən Şəhidlər Xiyabanını ziyarət edib, torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlq göstərərək həlak olmuş ölməz şəhidlərimizn məzarları üzərinə qərənfillər düzüblər. Yarış Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan olunub, Ümummilli Lider və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yarışın açılış mərasimində Quba-Xaçmaz Regional Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Azərbaycan Vinq Çun Federasiyasının prezidenti Asif Sayadov, Quba Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Tariyel İbrahimov, Quba Olimpiya İdman Kompleksinin direktoru Cavid Seyidov, müxtəlif federasiya və KİV nümayəndələri iştirak ediblər.Yarışda 20 idman klubundan ümumilikdə 200-ə yaxın idmançı qələbə uğrunda öz güclərini sınayıb. Sonda qalib idmançılar təşkilatçılar tərəfinfən müvafiq dərəcəli diplom və medallarla təltif olunublar.