1 İyun Uşaqların beynəlxalq Müdafiəsi günü münasibəti ilə Günəş körpələr evi-uşaq bağçası maraqlı bir tədbir hazırladı. Səhər saatlarından
bağçanın bütün uşaqları valideynləri ilə Qubadakı Kinokluba dəvətli idilər. Valideynlərinin əllərindən tutub onlarla birlikdə kinokluba tələsən uşaqlar burda onları nələrin gözlədiyindən xəbərsiz idilər.Kinokluba sadəcə maraqlı bir film izləməyə gəldiklərini düşünən uşaqları və onların valideynlərini isə burda daha maraqlı göstəri gözləyirdi.Kino zala daxil olan uşaqlar onlar üçün ayrılan oyuncaq ayılarının götürüb hər biri oturacaqlarda öz yerlərini tutdular. İşıqlar sönüb göstəri başladıqdan sonra kino zalındakı böyük ekrandan özlərini görüb ürəkdən güldülər və uşaqlar və onların valideynləri üçün də əyləncə saatı başladı.Ekranda gördüklər uşaqları əyləndirirdisə, valideynlıər əylənməklə bərbarə il ərzində övladlarının “Günəş” körpələr evi-uşaq bağçasında hansı bilgilər, bacarəlar öyrəndiklərini gördülər. Göstəridə uşaqlar, vətənpərvərlik mahnıları səsləndirdilər, müxtəlif nağıl qəhrəmanlarını canlandırdılar, öxudular, oynadılar. Hətda sehirli xalıya da minib səyahətə çıxdılar.Xatırladaq ki, Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülüb. Ölkəmizdə uşaqların sosial və hüquqi müdafiəsi ilə bağlı məsələlər Konstitusiya, qanunverici və normativ-hüquqi aktlarla tənzimlənir. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb, “Uşaq hüquqları haqqında” qanun isə 1998-ci ildə qəbul edilib.