Qubada Uşaq və Gənclərin ənənəvi 3-cü yaradıclıq gecəsi keçirildi. Uşaq və gənclərin yaradıcılıq gecəsinə Quba, Bakı və qonşu ölkə Gürcüstanı təmsil edən rəqs kollektivləri qatıldı.
Tədbirdə iştirak edən Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev öncə uşaqların əl işlərindən ibarət sərgi ilə yaxından tanış olub. Daha sonar çıxış edərək, Quba rayonunda uşaqların və gənclərin yüksək qayğı ilə əhatə olunması, əlverişli sosial Şəraitdə böyüməsi,hərtərəfli şəxsiyyət və layiqli vətəndaş kimi formalaşması məqsədi ilə ciddi irəliləyişlər əldə olunduğunu bildirib. İcra başçısı onu da qeyd edib ki, 2016-cı ilin sentyabr ayında yaradılan,Quba rayon Uşaq- Gənclər İnkişaf mərkəzi fəaliyyətə başladığı dövrdən etibarən rayonumuzda böyük təntənəilə qeydedilən bayramlarda fəallıq nümayiş etdirir. Artıq ənənə halını alan “DOSTLUQ” festivalı və “Alovlu Qafqaz” adlı uşaq və gənclərin folklor və rəqs festivallarında rayonumuzu uğurla təmsil etdiklərini bildirdi. Daha sonra səhnədə maraqlı rəqs kompazisiyaları təqdim edildi. Çıxışlar izləyicilər tərəfindən maraqla qarşılandı. Tədbirin təşkilatçıları uşaq və gənclərin ənənəvi yaradıcılıq gecəsinin keçirilməsində məqsədin istedadlı uşaqların tanıdılması və onları həvəsləndirmək olduğunu qeyd ediblər. Tədbirdə Gürcüstanı təmsil edən rəqs qrupu milli rəqslərini və adətlərini nümayiş etdiriblər. Sonda iştirakçılar müxtəlif mükafatlar və hədiyyələr ilə təltif olundu.