QUBADA UCQAR DAĞ KƏNDİNİN TURİZM POTENSİALI

Quba rayonunun kənd və qəsəbələrində, xüsusən ucqar dağlıq ərazilərdə yerləşən yaşayış məntəqələrində əhalinin yaşayış vəziyyətinin daha da yaxşılaşdırılması,

həlli vacib olan sosial məsələlərin icrası məqsədilə yerlərdə vətəndaşlarla görüşlər intensiv xarakter alıb.Quba rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev hüquq mühafizə orqanları, idarə, müəssisə və təşkilat rəhbərləri ilə birgə kəndlərdə vətəndaşlarla görüşür, arzu və istəkləri, insanları narahat edən məsələləri öyrənir, həlli vacib olan məsələlərin icrası ilə bağlı aidiyyatı qurumların səlahiyyətlilərinə tapşırıqlar verilir.Qubanın qədim tarixə, sərt coğrafi mövqeyə sahib olan Buduq kəndində səyyar görüş-qəbul keçirən rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev jurnalistlərə müsahibəsində vurğulayıb ki,yerlərdə bu cür görüşlərin keçirilməsi, sosial məsələlərlə bağlı  vətəndaşlarla müzakirələrin təşkili dövlət başçımızın xüsusi nəzərətindədir və respublika prezidentinin xüsusi tapşırığı əsasında icra olunur. İcra başçısı mətbuat nümayəndələrinə müsahibəsində onu da vurğulayıb ki,yerlərdə keçirilən səyyar görüş qəbullar sosial tədbirlərin icrasını sürətləndirməklə yanaşı bu kəndlərin təbii resurslarının, turizm potensialının öyrənilməsi və istifadəsi yollarının müəyyənləşdirilməsi baxımından da önəmlidir. Qeyd edək ki,Quba rayonu üzrə kənd və qəsəbələrdə vətəndaşlarla keçirilən səyyar görüş-qəbullar ötən illərlə müqayisədə daha intensiv xarakter alıb.2019-cu ilin 1-ci yarısının hesabatına əsasən bu rayonun əksər yaşayış məntəqələrində ,o cümlədən ucqar dağ kəndləri olan Buduq, Söhüb, Yerfi, Möhüc, Cimi, Xaltan və s. səyyar görüş-qəbullar keçirilib, vətəndaşların istək və arzuları reallaşdırılıb, mövcud sosial çatışmazlıqlar aradan qaldırılıb.