QUBADA TƏLƏBƏLƏR ZƏFƏR GÜNÜNÜ QEYD ETDİLƏR
Baxış sayı: 460
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında 8 Noyabr Zəfər Gününə həsr edilən “Milli dövlətçilik tariximizə əbədi həkk olmuş Zəfər Günü – 8 Noyabr” adlı tədbir keçirilib. Tədbirdə filialın direktoru, YAP Quba rayon təşkilatının sədri, Quba RİH Başçısının müavini, Qusar N saylı hərbi hissənin zabit və əsgərləri, Azərbaycan Qarabağ əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Qusar rayon filialının sədri, Qubadan, Qusardan, Xaçmazdan və Şabrandan olan Şəhidlərimizin valideynləri, ailə üzvləri, qazilər, müharibə iştirakçıları və filialın kollektivi iştirak edib. Tədbirin rəsmi hissəsində çıxış edən filialın direktoru dosent Y.Alıyev qeyd edib ki, bu gün tarixi bir gündür. Amma təqvimdə qırmızı rəngdə olan tarixi gün deyil bu, ürəyimizə, xalqımızın, məmləkətimizin həyatına qırmızı qanla yazılan gündür. Azərbaycan vətəndaşları dünyanın ən xoşbəxt insanlarıdır ki, bu tarixi günü - Zəfər Gününü yaşayırlar. Tədbirdə YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova, Quba RİH Başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Səidə Abasova, Qusar N saylı hərbi hissənin zabiti Rüfət Quliyev, Azərbaycan Qarabağ əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Qusar rayon filialının sədri Canəli Hörmətov çıxış edərək xalqımızı və tədbir iştirakçılarını 8 Noyabr- Zəfər Günü münasibətilə təbrik etdilər. Çıxış edənlər qeyd etmişlər ki, Azərbaycan torpaqları Şanlı Azərbaycan Ordusunun gücü, qüdrəti sayəsindı qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı.Bayram bayrama qovuşdu. 8 noyabr Azərbaycan tarixinə Qələbə günü kimi düşdü. Sonda Şəhid ailələrinə simvolik Zəfər günü açıqçaları və Zəfər günü çələngləri təqdim edildi, xatirə şəkli çəkdirildi.