QUBADA TEXNİKA YARMARKASI KEÇİRİLİB

İyunun 9-da və 10-da Qubada kənd təsərrüfatı texnikalarının yarmarkasınını açılı olub. Kənd Təsərrfüfatı Nazirliyi tərəfindən təşkil olunan yarmarkada Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin

sədri Mirzə Əliyev, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, kənd təsərrüfatı texnikaları satan müxtəlif şirkətlərin nümayəndələri, yerli sahibkarlar və fermerlər iştirak edib. Yarmarkanın açılışında çıxış edən rayon rəhbəri qonaqları salamladıqdan sonra qeyd edib ki, bu günkü tədbirin Qubada keçirilməsi təsadüfi deyil. Çünki, Quba Respublikanın ən böyük kənd təsərrüfatı rayonlarıəndan biridir. O, vurğulayıb ki, son illərdə kənd təsərrüfatı sahəsində səmərəliliyin artırılması, məhsuladarlığın yüksəldilməsi, innovasiyaların tətbiqi istiqamətində mühüm işlər görülüb.

İyunun 9-a kimi davam edəcək Kənd təsrrüfatı texnikalarının yarmarkasında 30-dək təchizatçı, bank, lizinq və sığorta şirkəti öz məhsul və xidmətlərini fermerlərə təqdim edir.Təşkilatçıların bildirdiyinə görə Texnika satışına tətbiq edilən yeni qaydalar fermerlərdə kənd təsərrüfatı texnikası almağa stimul yaradıb. Dövlət güzəştinin bütün təchizatçılardan texnika alışına tətbiq edilməsi, güzəştlə satılan texnikanın siyahısının genişlənməsi sayəsində hər bir fermer öz təsərrüfatına uyğun həcmdə texnika əldə etməyə maraq göstərir.

Yarmarkada  fermerlərin istək və ehtiyacları nəzərə alınaraq, traktor, kombayn, müxtəlif tip qoşqu avadanlıqları ilə yanaşı, güzəştlə satılan texnikalar siyahısına yeni salınmış müxtəlif tip suvarma qurğuları da nümayiş etdirilir.

Texnika yarmarkasında Müxtəlif növ Suvarma qurğuları sərgiləyən şirkəntlərdən biri də respublikanın ən müasir suvarma sistemlərinin satışını həyata keçirən ASPAYP şirkətidir.

Onu da qeyd edək ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi  fermerlərə Yeni avadanlıq və qurğuları tanıtmaqda məqsəd onların öz təsərrüfatlarını innovativ yanaşma ilə təşkil etməsinə yol göstərməkdir. Bildirək ki,

Növbəti texnika yarmarkası iyunun 11-də və 12-də Lənkəranda keçiriləcək.