QUBADA TAXIL BİÇİNİ DAVAM EDİR

Ölkəmizdə neft gəlirlərindən asılılığı aradan qaldırmaq məqsədilə digər sahələr kimi, kənd təsərrüfatının inkişafına da özəl diqqət göstərilir. Bu baxımdan Qubada kənd təsərrüfatının bağçılıq və heyvandarlıq sahaləri ilə bərabər taxılçılıq sahəsi də inkişaf edib. Azərbaycanın digər bölgələrindən fərqli olaraq şimal bölgəsində taxıl biçini gec başlasa da biçin prosesi sürətlə davam edir. Quba Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Tanrıverdi İsmayılov deyir ki, bu il məhsuldarlığın yüksək olması gözlənilir