Həm yerli, həm də xarici turistlər arasında çox tanınan istirahət mərkəzlərindən olan Quba “Cənnət Bağı”nda “Səyyar kitabxana” aksiyası təşkil olunub.
Aksiyanı Quba rayon Mərkəzləşdirilmiş Kitabxana sisteminin təşkilatçılığı ilə Amsar kənd kitabxanası təşkil edib. Aksiyanın keçirilməsi oxucu kütləsini yenidən kitabxanalara cəlb etmək və mütaliə maraqlarını artırmaq məqsədi daşıyır. Kitab sərgisi yerli və xarici turistlər tərəfindən də maraqla qarşılanıb.Belə aksiyaların hər həftənin sonunda müxtəlif istirahət mərkəzlərində təşkil olunması nəzərdə tutulub.