QUBADA SƏSVERMƏ YEKUNLAŞDI.

Quba Rayon İcra Hakimiyyəti başçısı Ziyəddin Əliyev ailə üzvləri ilə birgə səsvermədə iştirak edib.

Quba rayonundan olan seçicilər 2 seçki dairəsi üzrə - 52 saylı Quba şəhər, 53 saylı Quba -Qusar şeçki dairələrində səs veriblər.Quba şəhər 52 saylı seçki dairəsinin 72 seçki məntəqəsindən 46 952 seçici iştirak edib.19 bələdiyyəyə 491 namizəddən 185 üzv seçilib.Bu dairə üzrə ilk dəfə səs verənlərin sayı 885 nəfər olub.Seçki prosesini izləmək üçün 10 veb-kamera quraşdırılıb.53 saylı Quba -Qusar seçki dairəsindən isə 76 seçki məntəqəsindən 48 624 seçici qeydə alınıb.19 bələdiyyəyə 527 namizəddən 183 üzv seçilib.100 yaşdan yuxarı seçiçilərin sayı 3 nəfər,ilk dəfə səs verənlərin sayı isə 741 nəfərdir.10 məntəqədə seçkilərinin şəffaflığı üçün vebkameralar quraşdırılıb.19 bələdiyyədən 4 bələdiyyə Qusar ,15 bələdiyyə isə Quba rayonu ərazisindədir.Ümumilikdə səsvermənin şəffaf və demokratik keçirilməsi üçün bütün məntəqələrdə lazımi şərait yaradılıb.Səsvermədə iştirak edə bilməyən yaşlı, xəstə və əlilliyi ol şəxslər üçün daşınan qutular məntəqələrə paylanıb.Bu gün bələdiyyə seçkilərində 52 saylı seçki dairəsinin 1 saylı seçki məntəqəsində Quba rayon icra hakimiyyəti başçısı Ziyəddin Əliyev də ailə üzvləri ilə səsvermədə iştirak edib.1 saylı seçki məntəqəsində ümumulikdə 1008 nəfər seçici qeydiyyata alınıb.