QUBADA SƏHİYYƏ İŞÇİLƏRİ 20 YANVAR ŞƏHİDLƏRİNİ ANDILAR
Baxış sayı: 387
"20 Yanvar” faciəsinin 33-cü ildönümü ilə bağlı Quba Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonda silsilə tədbirlər keçirilir. Faciə ilə bağlı növbəti anım tədbiri Quba rayon Müalicə Diaqnostika Mərkəzində keçirilib. Tədbir Ümummilli Lider Heydər Əliyev və Azərbaycan torpaqları uğrunda canlarından keçmiş Şəhidlərimizin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Mərkəzi xəstəxananın direktoru Əliyar Sərvərov qətliamla bağlı tədbir iştirakçılarına ətraflı bilgi verdi və bildirdi ki, SSRİ Azərbaycanın ondan ayrılıb müstəqil dövlətə çevrilməsini istəmirdi. Bu cür hadisələr Özbəkistanda, Qazaxıstanda və Gürcüstnda da törədilmişdi: “Ona görə də sovet imperiyası bu cür qətliamı həyata keçirsə də, xalqın inamını qıra bilmədi. Əksinə, xalq öz istəyinə nail oldu. Və Azərbaycanın müstəqilliyi də elə “20 Yanvardan keçir”. Digər çıxış edənlər bildirdilər ki, hər bir xalqın tarixində həm faciəli məqamlar, həm də qəhrəmanlıq səhifələri olur: “Çox nadir hallarda bu iki məqam üst-üstə düşür. Azərbaycan xalqı 1990-cı ilin “Qanlı Yanvar”ını həm faciə, həm də qəhrəmanlıq səhifəsi kimi yaşadı. Habelə o da qeyd olundu ki, yanvarın 21-də fərdi təqaüddə olan Ulu Öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, burada təşkil olunmuş izdihamlı yığıcaqda çıxış edir və bu ağır günlərdə xalqla həmrəy olduğunu bildirir: «20 Yanvar” faciəsinə ilk rəsmi qiymət də Ümummilli Liderin təşəbbüsü ilə verilib. Belə ki, 1990-cı il noyabrın 21-də böyük siyasi xadim Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan MR-ın Ali Məclisi “20 Yanvar” faciəsi ilə bağlı tarixi qərar qəbul etdi. Ulu öndər xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra isə, ilk olaraq Şəhidlər Xiyabanını ziyarət etdi və bu məsələ yenidən gündəmə gəldi, “20 Yanvar” hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi adımlar atıldı. Qısa bir müddətdə bütün şəhid məzarlarının üstü götürüldü.
"20 Yanvar” faciəsinin 33-cü ildönümünə həsr edilmiş anım tədbiri 20 Yanvar hadisələrinin Dünya ictimaiyyətinə çatdırılmasında ümumimilli Lider Heydər Əliyevin rolu mövzusunda hazırlanmış filmin nümaişi ilə yekunlaşdı.