QUBADA SAHİBKARLAR ÜÇÜN TREYNİNQ KEÇİRİLİB

Quba şəhəri, Heydər Əliyev Mərkəzində“İnvestorlar üçün ilkin layihə hazırlanması”mövzusunda treyninq keçirilib. Təlim Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə İqtisadi Resursların Öyrənilməsi İctimai Birliyi tərəfindən icra olunan “KOB-lara P2P üzrə investisiya mənbələrindən istifadənin öyrədilməsi”adlı layihə çərçivəsində reallaşmışdır. Tədbiri giriş sözü ilə Quba Rayonu İcra Hakimiyyətinin iqtisadi məsələlər üzrə baş məsləhətçisi Rustəm Məmmədov açmışdır. Həmçinin tədbirdə KOB Dostu Asif Cəfərov çıxış etmişdir. Daha sonra İqtisadi Resursların Öyrənilməsi İB-in sədri, layihə üzrə təlimçi iqtisad üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev sahibkarlara Azərbaycanda mövcud olan P2P yəni, investor və təşəbbüskarın tərəfdaşlığı maliyyə mənbələri haqqında, dövlət və özəl investisiya şirkətləri barəsində bilgi vermiş, investisiya layihəsinin yazılması qaydası barədə muhazirə oxumuşdur. Daha sonra iştirakçılar qruplara ayrılaraq öz ideyalarını praktiki olaraq hazırlamaq tapşırılmışdır. 20-ə yaxın şəxsin olduğu tədbirdə əsasən sahibkarlar,yeni iş qurmaq istəyən təşəbbüskarlar və könülü gənclər iştirak etmişdir. Eyni zamanda ilk qadın sahibkarlardan olan Quba Xalçaşılıq Assosasiyasının rəhbəri Fatimə Ağamirzəzadə də iştirak etmişdir.Tədbirlərin sonunda iştirakçıları maraqlandıran suallar, mütəxəssislər tərəfindən cavablandırılıb.