QUBADA REYDLƏR DAVAM EDİR

Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Quba rayon icra hakimiyyəti və quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir. Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Quba rayon icra hakimiyyəti və quba rayon polis şöbəsinin əməkdaşları tərəfindən ictimai iaşə müəssisələrində reydlər davam etdirilir. Rayon ərazisində yerləşən ictimai iaşə müəssisələrində reydlər keçirilib. Yoxlama zamanı ictimai iaşə müəssisələrində Nazirlər Kabineti tərəfindən müəyyən edilən qaydalara əməl olunmaması və qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati qaydada tədbirlər görülüb, eyni zamanda, sahibkarlıq subyektlərinə pandemiya dövrünün tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.