QUBADA RESPUBLİKA GÜNÜ QEYD OLUNDU

Şərqin ilk dünyəvi və demokratik dövləti olan Azərbaycan Xalq Cünhuriyyətinin  elan olunduğu  1918-ci il  28 may  tarixinin 101 illiyi Qubada təntənə ilə qeyd olunub.Qubanın mərkəzi meydanında keçirilən

bayram tədbirində rayon icrahakimiyyətinin başçısı Ziyəddin Əliyev təbrik çıxışı edib. İcra başçısı vurğulayıb ki,Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq ömrü dövlətçilik tariximizin ən şərəfli mərhələlərindən  biridir. Ulu öndər Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyəti yaradıcılarını xalqımızın qabaqcıl insanları, məmləkətimizin gələcəyi haqqında düşünənlər adlandıraraq bu respublikanın yaranmasını xalqımızın dövlətçilik tarixinin bərpasında,dövlət müstəqilliyi əldə etmək yolunda, demokratik quruluş yaratmaq istiqamətində tarixi əhəmiyyəti malik olduğunu da qeyd edib.Ziyəddin Əliyev çıxışında xüsusi vurğulayıb ki, Xalq Cümhuriyyətinin yaranması xalqımızn həyatında həm də onunla əlamətdar olub ki, üç rəngli, ay ulduzlu bayrağımız, gerbimiz, himnimiz və digər dövlət rəmzlərimiz bu dövrdə yaranıb.Lakin yaranmasından  23 ay sonra, 1920-ci ilin 28 aprelində sovet işğalı müstəqilliyimizi süquta uğratdı.Və bu nüstəqilliyi qoruyub saxlamağın onu əldə etməkdən daha çətin olduğunu sübut etdi.Xalqımız 20-ci əsrin sonlarında yenidən öz istiqlalına qovuşdusada   yenidən onu itirmək təhlükəsi ilə üzləşdi.Ancaq bu dəfə xalqımız  ulu öndər Heydər Əliyevi ölkə rəhbərliyinə dəvət etməklə nicat yolunu tapdı. Təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan müasir Azərbaycan dövləti bu gün Prezident İlham Əliyevin  rəhbərliyi ilə inamla və ilhamla irəliləyir.Bu gün fəxarətlə deyə bilərik ki, cahanda Azərbaycanımızın öz layiqli yeri, qüdrətli imzası,kəsərli sözü var.Regionun lider dövləti olmaqla yanaşı ən qüdrətli ordu da  Azərbaycanımızındır.

28 May  Cümhuriyyət  günü münasibətilə Qubada keçirilən bayram tədbiri Bəşir Səfəroğlu adına şəhər Mədəniyyət evində konsert proqramı ilə davam etdirilib.Respiblikamızın papulyar müğənnilərinin ifasında vətənpərvərlik nahnıları ifa olunub.