QUBADA REGİONAL KONFRANS İŞƏ BAŞLAYIB

Avqustun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Qubada

“Heydər Əliyev İli” çərçivəsində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda regional konfrans işə başlayıb.Quba rayon Heydər Əliyev Mərkəzində üç gün davam edəcək konfransda din sahəsində mövcud olan problemlər, dini radikalizmə və ekstremizmə qarşı mübarizə sahəsində görülən işlər, həmçinin qarşıda duran vəzifələr müzakirə olunur.Komitə sədri Mübariz Qurbanlı çıxış edərək dünyəvi dövlət modelinin möhkəmlənməsi, dini müxtəlifliyin və dinlərarası dialoqun qorunması, dövlət orqanları ilə dini qurumlar arasında əməkdaşlığın tənzimlənməsi, habelə dini təhlükəsizliyin təmin edilməsi kimi məsələlərə toxunub. Rayondakı sabit dini durum barədə bilgi verən Quba Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini müvəqqəti icra edən, İcra Başçısının birinci müavini Tariyel İbrahimov bu sahədə maarifləndirmə işinin ardıcıl və məqsədyönlü şəkildə aparılmasının zəruriliyindən danışıb.

{youtube}cyCXWE4Ff2A{/youtube}