QUBADA QƏDİM MİLLİ YEMƏKLƏR TƏQDİM OLUNUB

İyulun 27-də və 28-də Qubada keçirilən  Regional Mətbəx Festivalında qonaqlara Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzəndə qədim zamanlardan bişirilən milli yeməklər təqdim edilib.

Bölgədə yaşayan azsaylı xalqların özünəməxsus mətbəx nümunələri qonaqlarda böyük maraq oyadıb. O gün Qubanın Nizami Parkında bir başqa şənlik vardı. Hamı bu parka  babalardan bu günümüzə keçib gələn milli yeməklərimizi görməyə, dadmağa, tanıyıb, tanıtmağa tələsirdi. Əsrlərlə müxtəlif xalqların bir yedə, bir ailə kimi yaşadığı Şimal bölgəsinin müxtəlif xalqları qürurla öz milli yeməklərini sərgilədilər, festivala gələn qonaqlara öz yeməklərindən daddırdılar və bu yeməklər haqqında bilgilər verdilər Azərbaycanda son zamanlar turizmin əsas istiqamətlərindən biri sayılan qastro-turizm də inkişaf etməkdədir. Bu, özəlliklə bölgələrdə daha çox özünü göstərir. Bölgələrə, məsələn elə şimal bölgəsinə səfər edən turistlər bu bölgəyə xas milli mətbəx nümunələrinin də dadına baxırlar. Festival çərçivəsində “Mətbəx nümunələri”, “Dadma və məhsul ərazisi” və “Yerli kənd təsərrüfatı məhsullarının satışı” adlı zonalarla yanaşı .qastronomik, mədəni, tarixi və əyləncəli proqramların keçirilməsi üçün “Əsas səhnə” və “Əyləncə parkı" zonası da quraşdırılmışdı. Onu da qeyd edək ki, iyulun 27-də və 28-də Qubada təşkil olunan Regional Mətbəx festivalı Qədim mətbəx mədəniyyətimizin göstərisi olmaqla bərabər, Milli dəyərlərimizin qorunmasının da bir göstərisi oldu