QUBADA QƏBİRİSTANLIQDAN TARİXİ ƏŞYALAR TAPILIB

Qubanın Digah kəndinin qəbiristanlığında dəfn zamanı qəbir qazılan zaman tarixi nümunələr meydana çıxıb. Bundan başqa ərazidən keramika nümunələri və dəyirman daşı, habelə çay daşlarından və bişmiş kərpicdən ibarət. eni 80 sm. qalinliğinda olan divar da tapılıb. Rüstəm müəllim tapılan əşyalarla bağlı bildirdi ki, ərazinin tədqiq olunmasına ehtiyac var. İlkin əlamətlərə görə buranın qədim yaşayış məskəni olması ehtimal olunur. Qeyd edək ki, bu kəndə bundan öncədə buna bənzər tapıntılar aşkar olunub. Ərazi mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinin əməkdaşları tərəfindən nəzarətə götürülüb. Tapıntıların hansı dövrü əhatə etməsi və qədim yaşayış məskəni olub – olmaması, aparılacaq araşdırmalardan sonra bilinəcək.