QUBADA QURUCULUQ İŞLƏRİ DAVAM EDİR

Qubada quruculuq işləri davam edir. Quba şəhərindəki   28 may parkında hazırda işlər sürətlə davam edir. Parkda işlər yekunlaşdıqdan sonra sakit və gözəl təbiəti ilə turistlərin və rayon sakinlərinin sevimli məkanı olacaq.

Parkda işləri sürətləndirmək üçün işçi qüvvəsi artırılıb. Burda işlər may ayından başlayıb. Hazırda isə sözügedən parkda artıq bir çox işlər görülüb. İş nəzarətçisi Ziya Həşimov deyir ki, parkın təmir-tikinti işlərinin nəzərdə tutulduğu kimi  bu ilin oktyabr ayına kimi yekulşacağı nəzərdə tutulur. Parkda uşaq əyləncə mərkəzi, əl oyunları və futbol meydançaları, müxtəlif atraksionlar, oturacaqlar  quraşdırılacaq. Parkın yenidən əsaslı təmirindən sevinən sakinlər parkın açılış gününü səbirsizliklə gözlədiklərini deyirlər. Qudyalçayın sahilində yerləşən parkda həm yerli sakinləri, həm də Qubaya gələn qonaqları yeniliklər və yüksək xidmət gözləyir