QUBADA QURBAN SOVQATI PAYLANILDI

Qubada şəhid ailələrinə və qazilərə qurban payları çatdırıldı. Qurban bayramı İslam aləmində ən müqəddəs bayramlardandır. Bu bayramda qoyun, qoç, inək, dana və ya dəvə kəsilir ehtiyac sahiblərinə paylanır. Milli məclisin deputatı, Millət Vəkili Vahid Əhmədovun təşəbbüsü ilə Qubada şəhid ailələrinə və qazilərə qurban payları çatdırıldı. Qurban bayramı ilə bağlı Millət Vəkili Vahid Əhmədovun səlahiyyətli nümyəndəsi tərəfindən şəhid və qazi evlərinə baş çəkildi, onların problemləri ilə maraqlanıldı və bayram payları çatdırıldı. Onu da qeyd edək ki, Milli Məclisin deputatı Vahid Əhmədov Qubada vətəndaşlarla görüşlər keçirir, onları narahat edən məsələlərin həlli sitiqamətində işlər görür. Onun təşəbbüsü ilə hər il Qurban bayramı öncəsi aztəminatlı ailələri bayram savqatı sevindirmək artıq bir gələnək halını halıb.