QUBADA QURBAN BAYRAMI NAMAZI QILINIB

Qurban bayramı ilə əlaqədar ölkənin bütün məscidlərində olduğu kimi, Qubadakı məscidlərdə də bayram namazı qılınıb. Qurban bayramı namazı Quba şəhərindəki 5 məsciddə və rayonun kəndlərində yerləşən dini məbədlərdə qılınıb. Mərasimdə din xadimləri və rayon sakinləri iştirak ediblər. Bayram namazında Ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhuna dualar edilib, xalqımıza əmin-amanlıq və ruzi-bərəkət arzulanıb. Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 16 və17-də qeyd olunur.