QUBADA QAZ TƏCHİZATI DAYANDIRILACAQ

Xaçmaz Regional Qaz İstismar İdarəsinin Quba Xidmət Sahəsindən verilən məlumata əsasən, payız- qış  mövsümünə hazırlıqla əlaqədar Quba Şəhəri 5-ci məhəllədə D/50 mm-lik siyirtmənin quraşdırılması,

Alekseyevka daxili imkanlar hesabına yeni çəkilmiş D/57 mm-lik  qaz xəttinin D/219 mm-lik daşıyıcı qaz xəttinə qoşulması və D/50 mm-lik siyirtmənin quraşqırılması, Quba şəhərində istismarı dayandırılmış müxtəlif diametrli qaz xətlərinin demontaj olunmsı, Alpan kəndində D/200  və D/150 mm-lik siyirtmələrin giriş hissəsində araqatının dəyişdirilməsi, müxtəlif diametrli qaz xəttlərində təmir bərpa işlərinin aparılması, Quba şəhəri 32-33- cü məhəllədə ödəniş etmiş abonentlərin evlərinin qarşısından keçən qaz xətlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar olaraq 31.07.2019-cu il tarixdə saat 09:30-dan işlər yekunlaçanadək Quba QPS-dən qidalanan “Quba” və “Qəçrəş” ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.